banner
banner

Sosİal

Bulvarda pulsuz karusel aksiyası olacaq

Bulvarda pulsuz karusel aksiyası olacaq

Qurban bayramı ilə əlaqədar Dənizkənarı Bulvar ərazisində konsert proqramı nəzərdə tutulmayıb.

Amma bayram günlərində insanların çalışmadığını, ən çox istirahət etdiyi yerin Bulvar ərazisi olduğunu nəzərə alaraq, Bulvar İdarəsi gücləndirilmiş iş rejimində çalışacaq.

Bu barədə Modern.az-a Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov məlumat verib.

İdarə rəsmisi pulsuz karusel aksiyasının bayram günlərində mümkün olmayacağını söyləyib: “Həmin günlərdə əhalinin çox sıx olacağından karusellərin ödənişsiz olması izdihama səbəb ola bilər. Biz fiziki olaraq bayram günlərində bunu təşkil etmək iqtidarında deyilik. Bulvar İdarəsi olaraq pulsuz karusel aksiyasını bayramdan sonra yaxın günlərdə təşkil edəcəyik, günü və saatı barədə ictimaiyyəti məlumatlandıracağıq”.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.