“Doktorlar” serialından Ela obrazı ilə tanınan aktrisa Yasemin Özilhan alış-veriş mərkəzində görüntülənib. Aktrisanın üzündəki göyərtilər diqqət çəkib. Yasemin jurnalistlərə açıqlamasında bunun kosmetik müdaxilə səbəbindən yarandığını deyib. Y.Özilhan “Həkimimin yanından gəlirəm. Üzümü gəncləşdirmə proseduru etdirmişəm. Hər nə qədər incitsə də, başqa yolum yoxdur. Göyərtilər bir gün sonra keçib gedəcək”, - deyə açıqlama verib.
Qeyd edək ki, iş adamı İzzət Özilhanla ailəli olan Yasemin Özilhan 2 uşaq anasıdır.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.