Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Bərdə regional "ASAN xidmət" mərkəzində ölüm hadisəsi baş verib.
Cia.az "Report"a istinadən xəbər verir ki, "ASAN xidmət" mərkəzinin notarial xidmətindən istifadə edən yaşlı kişinin vəziyyəti qəflətən pisləşib. Dərhal hadisə yerinə təcili tibbi yardım çağırılıb. Həkimlərin müdaxiləsinə baxmayaq, 70 yaşlı Quliyev Nazim Sədi oğlu dünyasını dəyişib. Onun ürəktutmadan öldüyü güman edilir.
Faktla bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.