banner
banner

Sosİal

Bakıda böyük paxlava kəsildi - FOTOLAR

Bakıda böyük paxlava kəsildi -
Badamdar qəsəbəsində həyata keçirilən geniş miqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Tofiq Məmmədov, Göyüş Qarayev və Seymur Məmmədov küçələrinin arasında yerləşən 2000 nəfərə yaxın sakinin yaşadığı 6 çoxmənzilli yaşayış binalacının əhatə etdiyi məhəllədə əsaslı təmir işləri başa çatıb.
Cia.az-ın Rayon İcra Hakimiyyətinin mətbuat xidmətinə istinadən məlumatına görə, məhəllədə yaşayanların müraciəti nəzərə alınaraq həyətdə binaların fasadı təmir olunaraq üzlənib, eyvanlar yenidən qurulub, binanın blok qapıları dəyişdirilib, binaların giriş hissəsi təmir olunub.

Uşaqlar üçün bir neçə əyləncə qurğuları quraşdırılıb, süni örtüklü mini stadion tikilib, müxtəlif idman qurğuları və böyük şahmat lövhəsi quraşdırılıb.

Məhəllədə təmir işlərinin başa çatdırılması ilə əlaqədar burada rayon rəhbərliyi, təsərrüfat xidmətləri, qəsəbə ağsaqqalları, ictimaiyyəti nümayəndələri və məhəllə sakinlərinin görüşü keçirilib. Səbail rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov da tədbirdə iştirak edərək xüsusi olaraq təqdim olunmuş böyük paxlavanı kəsib. Sakinlər və qonaqlar onlar üçün hazırlanmış çay süfrəsi ətrafına toplaşıblar.

 





 
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.