banner
banner

Sosİal

Dönər ətinin mənşəyi bilinirmi?

Dönər ətinin mənşəyi bilinirmi?

"Monitorinqlər göstərdi ki, dönərxanaların 85 faizi yoxlanılmamış və mənşəyi məlum olmayan ətlərdən istifadə edirlər"

"Azərbaycanda hazırlanan dönərlərin əksəriyyəti insan orqanizmi üçün həddindən artıq təhlükəlidir". 
Bunu "Trend"ə Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov deyib.
Eyyub Hüseynovun bildirməsinə görə, Azərbaycanda satılan dönərlər standartlara cavab vermir: "Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi dönərlərin keyfiyyəti ilə bağlı iki il öncə standartlar hazırlayıb. Həmin standartlar dönərin hansı şəraitdə və necə hazırlanmasını göstərir. Amma bu addım da bu sahədə özünü doğrultmayıb".
 
E.Hüseynov qeyd edir ki, Azad İstehlakçılar Birliyi dönər bazarında monitorinq aparıb: "Monitorinqlər göstərdi ki, dönərxanaların 85 faizi yoxlanılmamış və mənşəyi məlum olmayan ətlərdən istifadə edirlər".
 
E.Hüseynov yada salır ki, 2006-cı ildən ölkədə toyuq ətindən dönər hazırlanması qadağan edilib. Amma hazırda dönərlərin 80 faizi yenə toyuq ətindən hazırlanır. Bunun qarşısını almaq üçün onlar Səhiyyə Nazirliyinə müraciət ediblər.
 
E.Hüseynovun fikrincə, Bakıdakı dönərxanaların gigiyenik səviyyəsi də çox aşağıdır. Bu sistemdə çalışanların tibbi yoxlanışı aparılmır.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.