banner
banner

Sosİal

Şəki və Qəbələyə rekord sayda turist gəlib

Şəki və Qəbələyə rekord sayda turist gəlib

Bu il Novruz bayramı ilə əlaqədar tətil günlərində bölgələrə gələn turistlərin sayı rekord həddə çatıb.

Cia.az Kanal S-ə istinadən xəbər verir ki, tətil müddətində şimal-qərb bölgəsinə gələnlərin sayında əvvəlki illərlə müqayisədə artım qeydə alınıb. Bunların da böyük əksəriyyəti yerli turistlər olub. Yerli turist sayının çoxluğunda manatın devalvasiyası əsas rol oynayıb. Dolların kursunun yuxarı olması xarici turistlərin də ölkəyə gəlişinə müsbət təsir edib.

Elə bayram günlərində bölgədə Rusiya, Türkiyə, Pakistan, Səudiyyə Ərəbistanı və İran kimi ölkələrin vətəndaşlarına rast gəlmək olardı.

Ümumilikdə isə, şimal-qərb bölgəsində ən çox turist Qəbələ rayonunda olub. Təqribən 16 min qonaq şəhəri ziyarət edib. Turist axınına görə ikinci yeri Şəki tutur. 10-mindən çox turistin ziyarət etdiyi qədim diyarda qonaqlar üçün yaradılan şərait onların zövqünü oxşayıb. Qeyri rəsmi məlumata görə, bayram günlərində şimal-qərb bölgəsi təqribən 35 min turisti qonaq edib. Ölkənin tanınması baxımından xarici turistlərin gəlməsi daha məqsədə uyğundur. Nəzərə alsaq ki, qarşıdan turizm mövsümü gəlir, bu baxımdan qiymətləri yenidən gözdən keçirmək labüddür.

Turistlərin ən çox üz tutduqları tarixi məkanlardan biri “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisidir. Bu ərazidə yerləşən muzey və karvansaralar, həmçinin XVIII əsrə aid dünya əhəmiyyətli nadir tarixi-memarlıq abidəsi Şəki xanlarının sarayı yerli və xarici turistlərin daha çox marağına səbəb olur.

Şəkiyə turist axınının artmasının əsas səbəblərindən biri də onlara göstərilən xidmətin keyfiyyəti ilə bağlıdır. Şəki mətbəxinin özünəməxsusluğu, rəngarəngliyi turistləri daim özünə cəlb edir. Onlar milli yeməklərdən olan “Şəki pitisi”nə, “Şəki paxlavası”na, müxtəlif çeşiddə şirniyyat növlərinə böyük maraq göstərirlər. Qoruğun ərazisində olan sənətkarlıq emalatxanaları da daim turistlərin xidmətindədir.

 

Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.