Dünya şöhrətli amerikalı aktyor Harrison Ford “Ulduz döyüşləri” filmində çəkildiyi Xan Solo obrazında geyindiyi dəri pencəyini hərraca çıxarır. 73 yaşlı aktyor bunu qızı Corciyanın müalicə olundğu xəstəxanaya maddi yardım göstərmək üçün edir. Harrisonun qızı Nyu-York Universitetinin nəzdində fəaliyyət göstərən xəstəxanada epilepsiyadan müalicə olunur. Hollivud ulduzu 25 yaşlı qızı adına sevdiyi Xan Solo obrazındakı pencəyinin satışından gələn gəliri bütövlükdə xəstələrin müalicəsinə sərf edəcək.
Qızından danışarkən göz yaşlarını saxlaya bilməyən H.Ford “Çox sevdiyin birinin əziyyət çəkdiyini görmək insanı məhv edir. Bu xəstəliyin onun həyatına, gələcəyinə, qarşısına çıxacaq fürsətlərə necə təsir etdiyini bilirəm. Ümidsizcəsinə, bu ağrını yüngülləşdirməyə çalışıram. Qızımın səbrinə və gücünə heyranam. O, mənim qəhrəmanımdır. Onu çox sevirəm” deyib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.