banner
banner

Şou

Dəniz Səkinin başı dərddə: ifadəsi alındı

Dəniz Səkinin başı dərddə: ifadəsi alındı

Narkotik ticarəti cinayətindən 6 il 3 aylıq həbsə məhkum edilən müğənni Dəniz Səkinin ifadəsi alınıb. 
Axşam.az “Hürriyet”ə istinadən xəbər verir ki, bu yaxınlarda həbsxanada yazdığı “Dənizin dibi” adlı kirabı işıq üzü görən ifaçının başı dərdə düşüb. Belə ki, kamera yoldaşı D.Ç. adlı cinsiyyətini dəyişərək qadın olan məhkumun şikayəti əsasında Dəniz Səki polis bölməsinə aparılaraq ifadə verməli olub. Həyat yoldaşını öldürdükdən sonra cinsiyyətini dəyişərək Bakırköy Qadın Qapalı Cəzaevinə nəql edilən D.Ç. müğənnidən “təhqir” və “şəxsi həyatın gizliliyinin ifşa edilməsi” ittihamları ilə şikayət ərizəsi verib. 

Onun iddiasına görə, D.Səki kitabında onun haqqında məlumatları ifşa edərək, təhqirə yol verib. Kitabdakı “əməliyyatla qadın olub bura gələn biri var. Adam arvadını öldürüb, uşağı da var” ifadəsindəki “adam” sözünün təhqir məqsədilə istifadə edildiyi bildirilib. 

Dənizin vəkili Naim Karakaya isə müvəkkilinə qarşı irəli sürülən iddiaların reklam məqsədi daşıdığını və kitabda həmin şəxsin adının heç bir yerdə çəkilmədiyini söyləyib. Məsələ ilə bağlı jurnalistlərin suallarına isə Dəniz Səki cavab verməyib. 

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.