Ulduz cütlük hamının gözü qarşısında dalaşdı - FOTOLAR
Baş rollarında Sarp Levendoğlu, Birce Akalay, Gürkan Uyqun və Denni Uilliamsın çəkildiyi "Deliormanlı" filminin qala gecəsi baş tutub. Qala gecədən sonra partidə məşhurlar da iştirak edib. Gecəyə evli cütlük S.Levendoğlu və B.Akalayın hamının gözü qarşısında dalaşması damğa vurub. Bir anda mübahisəyə başlayan ikili bir-birinə ağır sözlər deyib. Ətrafdakılar onları ayıraraq çölə aparıb.
Qeyd edək ki, onlar "Küçük ağa" serialında tanış olduqdan sonra ailə qurublar.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.