Bakının atmosferini bu rayonlar çirkləndirir - Siyahı
İnqrediyentlər üzrə Bakı şəhəri və rayonları arasında paytaxtın atmosferinə stasionar mənbərlərdən ən çox çirkləndirici maddələr Qaradağ rayonundan (49558,3 ton) atılır.
Sonrakı yerləri 36 119,9 tonla Pirallahı, 18 877,6 tonla Nizami rayonları tutur.
Bu barədə report-a Bakı Şəhər Statistika İdarəsindən bildirilib.
2014-cü ildə Bakı şəhəri üzrə atmosferə atılan çirkləndirici maddələrin cəmi 134 058,4 ton olub ki, bunun 6 326 tonu bərk maddələr, 127 732,4 tonu isə qaza oxşar və maye maddələr olub.
Eyni zamanda, həmin il Səbail rayonu üzrə atmosferə atılan çirkləndirici maddələrin miqdarı 16 568,1 ton, Xətai rayonundan atılan 5 451,5 ton, Binəqədi üzrə 1 025,8, Xəzər üzrə 965,3, Nərimanovdan 1 103,5, Nəsimi üzrə 86,1 və Sabunçu rayonundan 1 049,7 ton çirkləndirici atılıb.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.