Aktyor Cem Yılmazla Ozan Güven əl-ələ görüntüləniblər. Səhər yeməyi yeyən aktyorlar məkandan çıxarkən paparassilərlə zarafatlaşmaq qərarına gəliblər. Jurnalistləri görən Ozan Cemin əlini tutaraq “Bundan sonra belə olacaq. Bir halda ki, qəzetə çıxacağıq, bir az hərəkətlilik olsun. Bu yay tətildə Cemi bikinidə də görəcəksiniz” deyib. O.Güven müxbirlərin şəxsi həyatı ilə bağlı suallarına da zarafatla cavab verib: “Onu məndən yaxşı siz bilirsiniz. Sayənizdə hər şeyi qəzetlərdən öyrənirik”.
Söhbət əsnasında Cemlə Ozan bir-birlərinə “Eşqim” deyə müraciət edərək gülüşə səbəb olublar.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.