Bu günlərdə futbolçu Arda Turan və keçmiş sevgilisi aktrisa İdil Fırat münasibəti ilə bağlı maraqlı dedi-qodu yayılıb.
Axşam.az “Habertürk”ə istinadən xəbər verir ki, Ardanın aktrisa Serenay Sarıkaya ilə tanış olmaq üçün ortaq yoldaşlarını köməyindən istifadə etdiyi söz-söhbətlərinin çıxdığı günlərdə İdil Fırat cəbhəsindən də maraqlı bir xəbər gəlib.
İddiaya görə, İdil Serenayın keçmiş sevgilisi aktyor Çağatay Ulusoy ilə birlikdədir. Cütlüyün son günlərdə Ulusoyun Yeniköydəki evində görüşdüyü deyilib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.