banner
banner

Sosİal

Orta və ali məktəb imtahanları birləşdiriləcək - Video

Orta və ali məktəb imtahanları birləşdiriləcək - Video
“Biz buraxılış imtahanları ilə qəbul imtahanlarını birləşdirməyə hazırlaşırıq”.
Bu sözləri dövlət imtəhan mərkəzinin rəhbəri Məleykə Abbaszadə ANS TV-nin “Hesabat” verilişində Mir Şahinin suallarını cavablandırarkən deyib.
Test üsulunu gələcək aqibətindən, test üsuslun tənqid edənlərdən, qəbul imtəhanlarında dəyişikliklərdən danışan Məleykə Abbaszadə hazırda təhsil sistemində mövcud olan iki imtahan-buraxılış və qəbul imtahanlarının fərqli məqsədlər daşıdığını bidirib.
Məleykə Abbaszadə test üsulunun bütün dünyada tətbiq edildiyini və xüsusi bir elm olduğunu, bu sahədə qərarların mütəxəsisislər tərəfindən veriləməsinin vacibliyini qeyd edib.
"Bununla əlaqədar hansısa sorğu keçirtmək düzgün deyil. Çox təəsüflər olsun ki, kimsə özü-özünü ekspert kimi təqdim edir, xüsusilə cavan ekspertlər. Onlar mütəxəssis kimi hansı ali məktəbi bitiriblər, hansı nailiyyətləri var, onların yazdığı məqalələr nədən ibarətdir? Bu bir səthi yanaşmadır.." - deyə şura sədri fikrini izah edib.
Buraxılış imtahanlarında minimal tələblərin qoyulduğunu, bu imtahanlarda ən zəif bilənlərin orta və zəif oxuyanlardan seçiləməsinin əsas məqsəd olduğunu söyləyən Məleykə Abbaszadə qəbul imtahanlarında isə tam əksinə yaxşı bilən şagirdlərin arasında ən yaxşı bilənlərinin seçilməsinin əsas məqsəd olduğunu vurğuladı.
“Buraxılış imtahanları ilə qəbul imtəhanlarını birləşdirmək buraxlış imtahanında fənlərin sayını, sualların çətinlik dərəcəsini artırmaq deməkdir. Buna, hələ ki, bizim reallıq da məkətblərimiz hazır deyillər. Lakin biz öz tərəfimizdən buna hazırlaşırıq. Mən hesab edirəm ki, yeni kuriklumla təhsil alan şagirdlər - 1-ci sinfə 2008-ci ildə gedən uşaqlar 9-cu sinfə buraxlış imtahanı verəndə bu tamamilə ayrı növ imtahanlar olacaq. Orada biz uşaqların yazı qabiliyyətini təkcə test sulları ilə yox, eyni zamanda müxtəlif yeni növ suallarla yoxlayacağıq”,- deyə qonaq əlavə edib.  

 

 
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.