banner
banner

Sosİal

Bakı Gömrüyündə qızıl qalmaqalı

Bakı Gömrüyündə qızıl qalmaqalı

Heydər Əliyev adına Beynəlxalq Hava Limanındakı gömrük məntəqəsinin iki əməkdaşı vətəndaşın qanuni sənədləri olan 200 qram qızılını əlindən alıblar.

Bu barədə JAM.AZ-a gömrük işçilərindən şikayətçi düşmüş Qalib Namazov məlumat verib.

O bildirib ki, gömrüyün Rəhman və Azər adlı işçiləri səlahiyyətlərindən sui-istifadə edərək, onun qızıl-ziynət əşyalarını özünküləşdirmək istəyirlər. Namazov qeyd edib ki, adlarını çəkdiyi gömrük işçiləri vəzifəli şəxslərin yanandaca bildiklərini edirlər.

Belə ki, o, dekabrın 9-da saat 16:00 radələrində J088 reysi ilə İstanbuldan Bakıya qayıdırmış. Hava Limanındakı Gömrük Nəzarət Məntəqəsindəki Xray cihazına 2 metr qalmış, keçməzdən əvvəl mülki geyimdə olan Azər adlı şəxsə yaxınlaşıb. «Ona bildirdim ki, üzərimdə şəxsi istifadəm üçün aldığım 200 qram qızıl var. Bəyənnamə yazmağım və rəsmi dövlət rüsumunu ödəməyim üçün köməklik etməsini xahiş etdim. Gömrük işçisi də mənə bildirdi ki, Xray cihazından keçdikdən sonra yardım edəcək. Mən də ona inandım və cihazdan keçdim. Bu vaxt Azər qışqırmağa başladı ki, onu saxlayın, üzərində qaçaqmalçılıq yolu ilə keçirdiyi qızıl-ziynət əşyaları var».

Qalib Namazov qeyd edir ki, bu hərəkətindən dolayı Azəri məzəmmət edib və ona «Heç utanmırsan hərəkətindən, ayıb deyil sizə?» deyib. «Soyuqqanlıqla Azərə özünü təqdim etməsini, məmur etikasını pozduğunu, habelə əynində uniforma olmadığını irad da tutdum. Amma o, mənim üzərimə qışqırmağa, bağırmağa, etikadan kənar sözlər deməyə başladı. Sonra isə səlahiyyəti çatmadığı halda pasportumu əlimdən alaraq, getdi».

Şikayətçi deyir ki, Rəhman adlı gömrük işçisi isə ondakı 200 qram qızılı zorla alaraq, protokollaşdıraraq saxlanc yerinə qoyub. «Bunların hərəkətlərini başa düşmək olmurdu. Sonradan Rəhman mənə gülə-gülə deyəndə ki, «sabah gələrsən əmlak məsələsini həll edərik» başa düşdüm ki, bütün dava nəyin üstündədir. Mən səhəri gün Hava Limanına getmədim. Aeroportdakı özbaşınalıqla bağlı Beynəlxalq Hava Limanının rəhbərliyinə şikayət etdim. Növbətçilərdən biri «Hec kim burada s?nin sikay?tin? baxan deyil, burda bosuna c?rnama” dedi. Digər növbətçi is. Dig?r novb?tci is?: “DGK sikay?tin? baxan deyil, dedi ki, gömrük komitəsi şikayətinə baxmayacaq, ona görə də Baş Prokurorluğa şikayət et məsləhətini verdilər. İlqar adlı Hava Limanın növbə rəisi isə kobud şəkildə «Hara istəyirsən, get şikayət elə» söylədi».

Qalib Namazov qeyd edir ki, etdiyi şikayətlərə nə Liman rəhbərliyi, nə də DGK baxmayıb. Mətbuata üz tutan şikayətçi qanuni sənədləri olan əmlakını geri almaq üçün yardım istəyib.

Yazıda adları keçən şəxslərin və qurumların da mövqeyini dərc etməyə hazırıq.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.