banner
banner

Sosİal

Fuzulidə səhiyyə aksiyası keçirildi

Fuzulidə səhiyyə aksiyası keçirildi
Azərbaycan həkimləri Qarabağda fərqli bir aksiyaya imza atdılar. “Uşaq ürəkləri Qarabağla döyünür" (Children's heart's beat in Karabakh) şüarıyla Füzuli rayonun Böyük Bəhmənli kəndndə keçirilən bu  səhiyyə aksiyası təkcə hümanitar bir addım kimi yox, həm də uzun illərdir ki, erməni təcavüzünə məruz qalan Qarabağa diqqətin yönəldilməsi baxımından da maraq doğurdu. 
Mərkəzi Neftçilər Xəstəxanasının Ürək-damar cərrahiyyəsi şöbəsinin müdiri, ürək-damar cərrahı, millət vəkili Rəşad Mahmudovun təşkilatçılığı ilə keçirilən  aksiya 35 nəfər səhiyyə mütəxəssisinin iştirakı ilə bir həftə davam etdiriləcəkdir. Redaksiyamıza verilən məlumata görə hümanitar aksiyanın ilk günündən başlanan  ambulatuar müayinələrin icrası uğurla yekunlaşmışdır.
Hümanitar aksiyanın rəhbəri, ürək-damar cərrahı, millət vəkili Rəşad Mahmudov müxbirimizlə söhbətində “Uşaq ürəkləri Qarabağda döyünür" şüarıyla keçirilən səhiyyə aksiyasının əhəmiyyətindən danışaraq bildirmişdir ki, dünya ictimayyətinin diqqətini  fərgli bir aspekdən Qarabaga cəlb etmək istədik. Bir həftəlik aksiya çərcivəsində ürək-damar xəstəliklərindən əziyyət çəkən məcburi köçkünlərimizin müayinəsi təşkil ediləcək, bununla yanaçı uşaqlar başda olmaqla ağır ürək qusuru olan xəstələr üzərində açıq ürək əməliyyatlarə həyata keçiriləcəkdir. 8 anadangəlmə ürəkqusurlu uşağın üzərində ürək cərrahiyyə əməliyyatlarının aparılması planlaşdırılır. Artıq dörd uşağın ürəyində cərrahiyyə əməliyyatımızı uğurla başa çatdırmışıq. Daha dörd uşağın ürək əməliyyatının aparılması sonrakı günlərdə olacaqdır.  Açıq urək əməliyyatları ilə birlikdə  keçiriləcək elmi-praktiki konfransda Füzuli və ətraf rayonlarda fəaliyyət göstərən həkimlərimizlə anadangəlmə ürək xəstəlikləri sahəsində qazanılmış elmi nailiyyətlət müzakirə olunacaq, təcürbə mübadilələri aparılacaqdır. 
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.