Ötən gün əkiz uşaq atası olan Türkiyəli müğənni Doğuş sevinc hissini sosial şəbəkədə bölüşüb.
Uşaq yaşlarından küçələrdə böyüyən, ata-ana qayğısı görməyən Doğuş ata olarkən keçirdiyi hissləri paylaşıb. Onun yazdıqları hər kəsi kövrəldib: "Bir gün ata olacağımın xəyalını belə etməmişdim. 2014-cü ilin oktyabrında bütün dünyam dəyişdi. Ana, ata sevgisi görməyən, körpəlikdən tərk edilən, küçələrdə böyüyən mən Orhan Baltacı Doğuş bir gün mənim də uşağımın küçələrdə, çəkdiyim iztirabları çəkəcəyini hər zaman düşündüm. Qorxdum, qərar vermişdim bu dünyadan köçərkən arxamda bir gözü yaşlı övlad buraxmadan gedəcəyəm. Amma uca Rəbbim mələk üzlü uşaqları, dəlicəsinə sevən bir qadını qarşıma çıxarmaqla verdiyim qərarı alt üst etdi. Özüm-özümə dedim: "Sən uşağına yaxşı baxmaqla, övladlarını atan valideynlərə bir dərs verməlisən. Özün uşaq ikən xəyal etdiyin uşaqlığını övladlarına yaşatmaqla, uşaqlarını tərk edən valideynlərin doğru yola gəlməsinə nail olmalısan".
Və bu gün mən sənədlərdə adı Orxan Baltacı olan, amma uşaqlığını, çəkdiyi iztirabları unutmaq üçün adından belə imtina edən, yenidən doğmaq adına öz adını dəyişdirərək Doğuş adını verən mən Doğuş ata oldum.
Bu sözlə ifadə ediləcək kimi deyil. Göz yaşlarım sel oldu. 42 illik ömrümdə nələr yaşamamışam, enişlər, yoxuşlar... Bəlkə kimisə sındırdım, bəlkə etdiyim bir səfehlik üzündən məni sevənlərdən kimləri itirdim. Bağışlayın. Bu gün yenidən doğdum. Belə sevinci heç yaşamamışam həyatımda. İlk dəfə gözlərimin içindəki illərdir məni tərk etməyən o kədərin yerinə sevinc doldu. Mən baba olmuşam, iki məsum, günahsız balamı qucağıma aldım. Bütün övlad gözləyən ailələrə bu sevinci dadmağı nəsib etsin Allahım".
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.