banner
banner

Şou

Azərbaycanlı modelin keçmiş əri özünə toy etdi - FOTO

Azərbaycanlı modelin keçmiş əri özünə toy etdi - FOTO
Ötən il ABŞ-da  Sara Skott adlı xanımla nişanlanan türkiyəli məşhur aktyor Tolqa Karel özünə toy edib. ANS PRESS-in məlumatına görə, cütlüyün toyu Dominikan Respublikasında baş tutub. 
Tolqa Kareli xoş günündə yaxınları və dostları tək buraxmayıb. Mərasimdə Tolqanın duyğusal nitqi gəlin Saranı gözyaşlarına boğub.
 
Tolqa Karelin toyundan
 
Tolqa Karel amerikalı sevgilisi ilə 6 aydan çoxdur birlikdədir. O, evlilik təklifini Yeni il gecəsində səsləndirib. "Toyu Dominikanda edəcəyik. Bu yerin "Survivor"dan sonra məndə ayrı yeri var". 
 
Toy hazırlığın Karelə 100 min dollara yaxın vəsaitə başa gələcəyi deyilirdi.  Cütlüyün bal ayı isə Las-Veqas və Los-Ancelesdə olacaq.
 
Sara Skott və Tolqa Karel
 
Tolqa Karel daha əvvəl azərbaycanlı model Günay Musayeva ilə evli olub. G.Musayeva və T.Karel bir neçə il öncə sürpriz şəkildə evləniblər. Onlar dəfələrlə boşanma məsələsi ilə gündəmə gəliblər. Lakin hər dəfə birlikdə ictimaiyyət arasında görünməklə bu şayiələri təkzib ediblər. Ötən il isə cütlük rəsmən ayrıldığını elan edib. Cütlüyün ayrılmasına səbəb kimi də T.Karelin xəyanəti göstərilir. Cütlüyün Cihangir Can adlı bir oğlu var.
Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.