banner
banner

Şou

"Eurovision"dan qovulan münsif: "Ərim erməni olsa da..."

"Eurovision"dan qovulan münsif: "Ərim erməni olsa da..."

"Eurovision" mahnı yarışının qaydalarını pozaraq tərəf nümayiş etdirən münsiflər heyətinin Rusiyadan olan nümayəndəsi Anastasiya Stotskaya öz səhvindən danışıb. 
O, Region TV-nin "Günün ardınca" verilişinə açıqlamasında bunları zarafat zamanı dediyini bildirib:

"Ərimin erməni olması o demək deyil ki, mən ermənilərə həmişə azarkeşlik edirəm. Bunlar hamısı  qeyri-rəsmi söhbət zamanı olub. Biz öz aramızda zarafat edirdik. Və mən bu sözü ona görə işlətmədim  ki, mənim ərim ermənidir. Ona görə dedim ki, həmin iştirakçı yarışın favoritlərindən biridir. Amma sözün düzü, mənim üçün ən böyük favorit Azərbaycanın nümayəndəsidir. Ümumiyyətlə, kim mənim xoşuma gəlirsə, mən ona azarkeşlik edirəm. 

Yəni, Azərbaycan, Ermənistan və Avstriya təmsilçilərinə azarkeşlik edirəm. Və əlbəttə ki, Seryojanı da dəstəkləyirəm. Çünki bizim ölkəni təmsil edir. Mən ona daha çox azarkeşlik edirəm. Avropa Yayım Birliyi  mənim bu açıqlamamı normal qəbul edib. İnsanların sakitləşməsi və mənə təzyiq göstərilməməsi üçün məni münsiflər heyyətindən kənarlaşdıra bilərdilər. Lakin təəsüflər olsun ki, insanlar hələ də sakitləşməyiblər. Ümid edirəm ki, onlar  bir-iki günə sakitləşərlər. Mən bunun üzərindən heç bir təbliğat da aparmıram və heç bu mənə lazım da deyil. Bu məsələ ilə bağlı olan bütün söz-söhbətin bitməsini istəyirəm. İlk olaraq, o müğənni mənim xoşuma gəldi. Əlavə olaraq mən dedim ki, mənim ərim də ermənidir. Ancaq ərimin erməni olması o demək deyil ki, mən ermənilərə həmişə azarkeşlik edirəm. Mən obyektiv insanam. Siyasətdən uzağam və bu məsələlərdən anlayışım yoxdur. Mənim üçün sadəcə musiqi, istedadlı insanlar və sevgi var. Mənim həyatımı bunlar idarə edir. İnsanların mənə təzyiq göstərməsi mənin  əlimdən olanları ala bilməz. Mən ümid edirəm ki, bu söz-söhbətə tezliklə son qoyulacaq".

Qeyd edək ki, rusiyalı münsif Anastasiya Stotskaya "Periscope" səhifəsində Avropa Yayım Birliyinin qaydalarını pozub. Rusiyalı münsif  Ermənistan təmsilçisi İvetı Mukuçyanın çıxışı zamanı:
 
"Mənim ərim erməni olduğun üçün mən Ermənistana səs verəcəm", - deyib. 



Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.