banner
banner

Sosİal

Bakıda sərxoş sürücü maşından düşdü və... asfaltda yatdı-Video

Bakıda sərxoş sürücü maşından düşdü və...

Bakıda sərxoş sürücü küçənin ortasında yatıb.

ANS TV-nin məlumatına görə, hadisə Bakı-Qazax yolunun 6-cı kilometrliyində, yəni Yasamal rayonu ərazisinə düşən hissəsində baş verib. "Mercedes" markalı avtomobilin qarşısında 1 nəfər yerə uzanmış vəziyyətdə olub.

İlk baxışdan bu, sürət həddi 110 km saat olan yolda piyadanın vurulmasına bənzəyib. Lakin vəziyyət göründüyündən daha fərqli olub. Avtomobil işlək vəziyyətdə olsa da içərisində sürücü olmayıb.

Özünə yatmaq üçün yumşaq yatağı deyil, asfaltın üzərini seçən şəxsi oyatmaq o qədər də asan olmayıb. Məlum olub ki, yerdə yatan şəxs maşının sürücüsüdür.

Çəkiliş qrupu sürücüyə kömək etmək istəsə də o, əlbəyaxa çıxmağa çalışıb. Sərxoş sürücü kortəbii olaraq avtomobili idarə etməyə çalışıb. Lakin buna imkan verilməyib və əraziyə dərhal polis çağırılıb. Yol patrul xidməti əməkdaşlarınıın köməyi ilə sürücünün şəxsiyyəti müəyyən edilib - Şərif Nuriyev. Polisin ilkin müayinəsi zamanı sürücünün sərxoş olduğu ortaya çıxıb.

Sürücü sərxoşluğun dərəcəsinin müəyyən edilməsi üçün məntəqəyə, maşını isə cərimə meydançasına aparılıb.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.