banner
banner

Şou

"Bilsəydim bu qədər kədərlənməzdim" - Seren Serengil

"Bilsəydim bu qədər kədərlənməzdim" - Seren Serengil

Şou aləmindən bir çox tanınmış sosial media hesablarından  dünən Cunda adasında evlənən aktyor Kenan İmirzalıoğlu ilə aktrisa Sinem Kobalın toyu ilə bağlı təəssuratlarını bölüşüb.

Müğənni Seren Serengil yazdığı şərh ilə diqqət çəkib. Sinem Kobalın evliliyinə qədər olan prosesi özünə görə şərh edən müğənni  Kenan İmirzalıoğlu tərəfdarı olaraq Arda Turana ismarış göndərmiş olub:

"Gözəl Sinem. Onu tanımıram. Amma vaxt var idi onun üçün çox kədərlənmişdim. İllərini verdiyi bir insandan ayrılmaq məcburiyyətində qalmışdı. Haqqında - ailəsi istəmədi, nikah tarixi təxirə salındı kimi xəbərlər yayılmışdı. Bu gün Kenanla evlənəcəyi xəbərinə görə bu qədər sevinəcəyimi bilsəydim kədərlənməzdim. Haqsızlıq edilmişdi deyə heç tanımadan onun tərəfində olmuşdum. Bu gün gördüyüm mənzərə mənə "dünən olmadığı üçün üzüldüyün şeyə, gün gələcək şükr edəcəksən" sözlərini xatırlatdı. Səni sevən bir adamın əlindən tutması və sahib çıxması fərqlidir. Onun gözləri də, qulaqları da ən yaxınlarına, lazım gələrsə ailəsinə belə pis olan bütün sözlər üçün qapalıdır. Çünki o artıq yalnız ürəyi ilə görür. Mən bu şəkillərdə adam kimi sevən bir adamı gördüm. Gəldim, sevdim, aldım deyən birini".

 
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.