Sabah Bakının bu ərazilərində qaz olmayacaq - SİYAHI
Bakı şəhərinin Sabunçu və Xətai rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
Cia.az “Azəriqaz”ın yaydığı xəbərə istinadən bildirir ki,qaz təchizatının yaxşılaşdırılması ilə əlaqədar “Azəriqaz” İB-nin təmir tikinti idarəsi tərəfindən yeni çəkilən qaz xəttinin mövcud xəttə qoşulması və qaz kəmərində aşkar olunan qaz sızmasının ləğvi məqsədilə mayın 20-də saat 09:00-dan işlər yekunlaşanadək Sabunçu rayonunun Bakıxanov qəsəbəsinin, həmçinin Xətai rayonunun Sarayeva, Q.Nəbi, M.Rüstəm, Cavanşir, Sadıqcan, M.Hadi, S.Ə.Şirvani, Mehmandarov, Şıxlınski küçələrində, Gəncə prospekti, H.Aslanov qəsəbəsi, K.Kərimov, Əhmədli yolu və Zığ yolu ətrafı ərazisisinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.