26-27 may tarixlərində görülən profilaktik tədbirlərlə əlaqədar “ASAN xidmət” mərkəzlərində və ictimai yerlərdə quraşdırılmış “ASAN ödəniş” terminalları xidmət göstərməyəcək.
Bu barədə virtualaz.org-a “ASAN xidmət” dən bildirilib.
“Həmçinin, vətəndaşların qeyd olunan müddət ərzində www.asanpay.azportalı üzərindən ödənişləri həyata keçirməsi də mümkün olmayacaq”, - deyə dövlət agentliyindən qeyd edilib
Qeyd edək ki, “ASAN ödəniş” sistemi vasitəsilə vətəndaşlar inzibati cərimələr və məhkəmə qərarlarının icrası üzrə ödənişləri terminallar vəwww.asanpay.az portalı vasitəsilə həyata keçirə bilərlər.
İlkin mərhələdə yalnız Yol Hərəkəti Qaydalarının (YHQ) pozulmasına görə cərimələrin ödənişi mümkündür.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.