"Kiralık aşk" serialının aktrisası Elçin Sangu sevgilisi Yunus Özdikenlə ötən gün Ortaköy səmtində görünüb.
Cia.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bir kafedə nahar edən cütlük daha sonra zinyət mağazasına baş çəkiblər. Çıxışda jurnalistləri qarşısında görən Özdiken, kameralara düşməmək üçün sürətli addımlarla aktrisadan uzaqlaşıb. Elçin Sangu sevgilisinin onu tək qoyub getdiyi üçün pis vəziyyətə düşüb.
Ayaqüstü mətbuat nümayəndələrinin suallarını cavablandıran Sangu, ötən günlərdə keçirdiyi xəstəliyindən danışaraq "Çox şükür, sağalmışam, istirahətə ehtiyacım var" deyib.
"Kıralık aşk"ın son bölümündəki açıq səhnələrə sevgiliniz qısqanıb?" - sualına isə aktrisa belə cavab verib:
"Qısqanmır. Tərəf müqabilim Barış dostumuzdur. Üçümüz tez-tez görüşürük".
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.