Son dövrün ən çox izlənilən fantastik serialı "Taxt oyunları"nda ("Game of Thrones") Deyneris Tarqarien rolunu canlandıran aktrisa Emilia Klark açıq-saçıq səhnələrindən danışıb.
Cəsur səhnələrə imza atan 29 yaşlı ingilis aktrisası müsahibəsində bunları qeyd edib:
"Özümü açıq səhnələrə çəkilməyə məcbur etmirəm. Çəkilişdən öncə bir az spirtli içki qəbul edib, özümü buna hazır edirəm. Bundan başqa, vücudumu daha gözəl göstərən işıq istifadə edilir. Bu cür səhnələrdə texniki dəstək almağım vacibdir".
Aktrisa serialın müqaviləsində acıq-saçıq səhnələrə imza atarkən, izləyicilərini təəccübləndirəcəyinə söz vermişdi. Klark bu serialın ardınca daha bir filmdə cəsarətli obrazlar nümayiş etdirəcəyinə söz verib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.