"Kiralık Aşk" serialında Ömər xarakterini canlandıran Barış Arduç "Ən yaxşı romantik kişi aktyoru" seçilib.
Cia.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, jurnalistlər mükafatlandırma mərasiminə tək qatılan aktyordan sevgilisini xəbər alarkən, bunları qeyd edib:
"Gupse evdə yeni filminin ssenarisini yazır. İşi çox olduğu üçün gələ bilmədi".
Barış Arduç sözünün davamında "Kiralık aşk"ın yeni mövsümdə davam edəcəyi müjdəsini də verərək "Serial yeni mövsümdə ekranlarda olacaq. Film uğur qazandı və finala getməyi məsləhət görülmədi. Bu xəbər hamımızı sevindirdi" deyə bildirib.
Bu günlərdə Instaqram hesabından boks edərkən, çəkib paylaşdığı foto ilə bağlı danışan aktyor, boks macərasının üç həftə davam etdiyini bildirib. O, davamlı bu tərz fotolar paylaşacağını sözünə əlavə edib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.