Bu ilin may ayı ərzində Bakı şəhəri ərazisində dayanma-durma və parklama tələblərinin pozulması ilə əlaqədar yol polisi 27 500-dən artıq inzibati protokol tərtib edib.
Bunu jurnalistlərə açıqlamasında Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin (BPİDYPİ) İctimai əlaqələr bölməsinin rəisi polis polkovniki Vaqif Əsədov deyib.
O bildirib ki, protokollar daha çox metronun "20 Yanvar" stansiyasının ətrafında və "Şamaxinka" adlanan ərazidə taksi fəaliyyəti ilə məşğul olan sürücülərə qarşı tərtib olunub: "Mindən artıq taksi sürücüsünə qarşı inzibati protokol tərtib olunub. İnzibati protokollar araşdırılılarkən məlum olub ki, 460 sürücü eyni xətaya görə, müxtəlif vaxtlarda ikinci dəfə cərimələnib. 96 sürücü isə eyni əməllə 4 dəfə inzibati xəta törədib. Ümumilikdə 170 avtobus sürücüsü qanunun tələbini pozub".
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.