banner
banner

Sosİal

Şahdağ Milli Parkında torpaq sürüşməsi baş verib

Şahdağ Milli Parkında torpaq sürüşməsi baş verib

İyunun 7-də axşam saatlarında Şahdağ Milli Parkının Quba meşəbəyliyinin 13a saylı dolayında, Quba - Xınalıq yolunun təxminən 29-cu kilometrliyində meşə ilə örtülü ərazidə torpaq sürüşməsi baş verib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, nazirliyin mütəxəssisləri hadisə yerində dərhal araşdırmalara başlayıblar. Araşdırmalara görə, sürüşməyə səbəb son günlər bölgəyə yağan intensiv və güclü yağışların olduğu müəyyən edilib.

Mütəxəssislərin ilkin rəyinə əssən, sürüşmə kütləsinin aşağı hissəsinin eni 30-40, yuxarı hissədə 20, sürüşmə səthinin dərinliyi 2-3, uzunluğu isə 150 metr olmaqla Qudyalçayın yatağına doğru istiqamətlənib. Sürüşmə nəticəsində diametri 12-28 sm olan müxtəlif cinsli (əsasən vələs və fıstıq) təxminən 60-dək ağac kökündən aşaraq torpaq kütləsinə qarışıb. Hazırda sürüşmə prosesinin dayanmasına baxmayaraq, ətraf hissələrdə torpağın aşınması müşahidə edilir.

Qeyd edək ki, sürüşmə zonası yaşayış məntəqələrindən, iaşə obyektlərindən və avtomobil yolundan kənarda olduğundan insanların həyatı üçün heç bir təhlükə yoxdur. Əraziyə nəzarət olunması məqsədilə nazirlik əməkdaşları növbətçilik rejimində fəaliyyət göstəririlər.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.