banner
banner

Sosİal

İsmayıllıda torpaq sürüşməsi - 12 AİLƏ ÇADIRLARA KÖÇÜRÜLDÜ

İsmayıllıda torpaq sürüşməsi -

İsmayıllı rayonunun Sərsurə kəndi ərazisində torpaq sürüşməsi davam edir.

sürüşmə nəticəsində kənd sakinlərinə məxsus fərdi yaşayış evlərinə ciddi ziyan dəyib. Evlərin divarlarında çatlar əmələ gəldiyindən, bir neçə ev yaşayış üçün təhlükəli hesab olunub.

Kənd sakinlərinin sözlərinə görə, kəndin üst hissəsində təqribən 50 hektardan çox dağlıq və meşəlik ərazidə olan torpaq qatında dərin çatlar yaranıb. Sakinlər hesab edir ki, yağışlar davam edərsə, hər an qəzalı vəziyyətə düşən evlərin sayı arta bilər. Uzun illərdir kənddə yaşayan sakinlər, ərazilərdə torpaq sürüşməsinin bu həddə çatmasının ilk dəfə olduğunu deyirlər.

Fövqəladə Hallar, eləcə də Ekologiya və Təbii Sərvətlər nazirliklərinin mütəxəssisləri evlərə baxış keçirdikdən sonra bir neçə evin qəzalı və yaşamaq üçün təhlükəli olmasını əsas gətirərək 12 evin boşaldılmasına qərar veriblər. Ötən gündən etibarən qəzalı vəziyyətə düşən evlərin sakinləri üçün kəndə çadırlar gətirilərək təhlükəsiz yerlərdə qurulub.

İsmayıllı rayon Fövqəladə Hallar Komissiyasının sədri Rövşən Ağayev sayta bildirib ki, 2007-ci ildən bu günə qədər İsmayıllı rayon ərazisində torpaq sürüşməsi nəticəsində 30 yaşayış məntəqəsində 192 yaşayış evi qəzalı vəziyyətə düşüb. Hazırda sözü gedən qəzalı evlərdən 6 ev tikilib və 2 evin tikilməsi barədə qərar qəbul olunub.

cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.