Uşaqlarını evdə qoyub Havay adalarına istirahətə getdilər
Məşhur Hollivud aktrisası Culiya Roberts həyat yoldaşı ilə birgə Havay adalarında dincəlir. Bir ildə 3 filmə çəkilən Culiya artıq istirahətin dadını çıxarır. Aktrisa Kann film festivalından sonra özünə “ikinci balayı” edərək uşaqlarsız istirahətə yollanıb. Paparazzilərin hədəfinə tuş gələn cütlük bir-birini öpüşlərə qərq edib. Culiya fotokameralardan ehtiyatlandığı üçün çimərlik geyimi geyinməyib. 48 yaşlı aktrisa yenə də bədən quruluşu ilə diqqət çəkib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.