banner
banner

Sosİal

"Sevil massivi" qalmaqalı yenidən gündəmdə

"Sevil massivi" qalmaqalı yenidən gündəmdə

"Sevil massivi"ndən torpaq və ev alanlar sözün əsl mənasında "zibilə" düşüblər.

Massiv bağlandıqdan sonra ordan torpaq və ev alanlar ödədikləri pulu tələb etsələr də, bu işlə məşğul olan qurumlar ötür - ötürlə məşğuldur.

Şikayətçilərdən Ölkə.az-a daxil olan məlumata görə, ödədiyi məbləğ 5 min manatdan az olan zərərçəkənlərin pulunun dərhal qaytarılması barədə məlumat yayılır. Hətta həmin məlumatlarda Baş Prokurorluğun Korrupsiyaya qarşı Mübarizə İdarəsindən zəng edib həmin zərərçəkənlərin notariusa çağırıldığı bildirlir. Lakin sentyabrdan bəri heç bir zərərçəkən konkret olaraq ödədiyi vəsaiti geri aldığını bildirməyib.

Bəzi zərəçəkənlərə isə "Sevil massi"vinin yaxınlğında torpaq sahəsi təklif edirlər. Torpaq sahəsi yararsız bir yerdə olduğu üçün heç kim bununla razılaşmır. "Sevil massivi" ərazisində torpağın 1 sotu 4500 – 10 000 manata olduğu halda, təklif edilən ərazidə torpağın sotu 1000 manatadır.

Sevil massivindən torpaq və ev alanlar bildirir ki, qaytarılmalı olan pulu da tapşırıqla qaytarırlar: “ Kimin adamı var onun pulunu qaytarırlar, tapşırılmayanları isə o idarədən bu idarəyə göndərib, süründüməçilik edirlər”.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.