Bakı şəhərinin Sabunçu, Binəqədi, Səbail və Nərimanov rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
Virtualaz.org "Azəriqaz" İB-nin ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən bildirir ki, yeraltı qaz xəttində aşkar olunmuş qaz sızmasının ləğv olunması, qaz tənzimləyicinin yenisi ilə əvəz edilməsi, istismarı dayandırılmış xətlərin şəbəkədən ayrılması və istehlakçıların qaz təchizatının yaxşılaşdırılması məqsədilə iyunun 22-də saat 9:00-dan işlər yekunlaşanadək Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində, Binəqədi rayonunun 7-8-ci mikrorayonlarında, Səbail rayonunun Bayıl, Badamdar və 20-ci sahə yaşayış massivində, həmçinin Nərimanov rayonunun Azadlıq və Atatürk prospektlərində, Ə.Əliyev, C.Hacibəyli ,T.Əliyev küçələrinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.