Kıvanç Tatlıtuğ və həyat yoldaşı tətildə - FOTOLAR
Aktyor Kıvanç Tatlıtuğ və həyat yoldaşı Başak Dizerin tətili davam edir.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, fevralda ailə quran cütlük dünən sahildə göründükdən sonra bu gün Alaçatı küçələrində əl-ələ gəzərkən paparassilərin hədəfinə düşüblər.
Jurnalistlərin suallarına cavab verməyən ikili gülümsəyərək yollarına davam ediblər.
Qeyd edək ki, K.Tatlıtuğ yeni mövsümdə Tuba Büyüküstünlə baş rollarını paylaşacaq serialda yer alacaq.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.