Bədən quruluşuna görə dünyadakı əksər qadınların qısqanclıq hədəfi olan Cennifer Lopez kompleksindən danışıb.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, o, əvvəllər öz bədənini sevmədiyini deyib: “Özümü tez-tez başqa qadınlarla müqayisə edirdim, bədənimi cəzbedici adlandıranda dözə bilmirdim. Özümü kifayət qədər qamətli hesab etmirdim”.
Maks və Emma adlı 8 yaşlı əkizlərin anası olan Lopez öz üzrərində işləməyin vacib olduğunu deyib:
“Bu, çox əhəmiyyətlidir. Çünki bu zaman ətrafa özünəinam hissi və əminlik saçırsan. Rəqs bu məsələdə ən yaxın köməkçidir”.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.