Hollivud ulduzu Coni Deppin həyat yoldaşı Ember Herdi nə üçün döyməsinin təfərrüatları bəlli olub. Depp evdə gecələmədiyi üçün Ember onu qısqanıb və aktyorla dalaşmağa başlayıb. Bu zaman Coni dözə bilməyərək telefonu onun üzünə atıb. Digər bir ehtimalda isə pilləkəndən itələdiyi deyilir. Onu da qeyd edək ki, Depp də həyat yoldaşı Emberin xəyanətindən şübhələnirdi. O, həmcinsi Tasey Van Rinin evində gecələyirdi. Onlar yaxın dost olmaqla yanaşı, 5 il müddətində evli olublar və birlikdə yaşayıblar. Xatırladaq ki, cütlük artıq məhkəməyə müraciət edib və boşanmaq üzrədilər.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.