“Kiraz mevsimi” serialının qəhrəmanı “Game of thrones”-da
Dünyaca məşhur “Game of thrones” serialına yeni mövsümdə növbəti türkiyəli aktrisanın qatılacağı gözlənilir. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, iddialara görə “Kiraz mevsimi” serialı ilə məşhurlaşan Özge Gürel yeni mövsümdən seriala daxil olacaq. Aktrisanın ekran əsərində “Stark” obrazını canlandıracağı iddia olunur. İzlənmə rekordları qıran serialda daha öncə türkiyəli aktrisalar Sibel Kekilli və Tamer Hassan da rol almışdı. Gürelin “Game of thrones”də iştirakını sevinclə qarşılayan pərəstişkarlar “Özgə də seriala qatılsa, taxt oyunlarını türklər qazanacaq” deyə məsələni şərh ediblər.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.