Ötən gecə İmişli və Saatlı rayonlarının sərhədində zəlzələ olub. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, saat 2:58 radələrində İmişli-Saatlı sərhədində 3,8 ballıq zəlzələ qeydə alınıb. Zəlzələ ocağı 48 km dərinlikdə olub və yeraltı titrəyişlər insanlar tərəfindən hiss edilməyib.
Eyni gündə İstanbulda güclü zəlzələnin baş verəcəyi ilə bağlı proqnoz verilməsi əhalidə narahatlığa səbəb olub. Belə ki, Boğaziçi Universiteti Kandilli Rəsədxanası və Zəlzələ Araşdırma İnstitutunun direktoru, professor, doktor Haluk Özener “Report”a açıqlamasında bildirmişdi ki, İstanbulda 7 - 7.5 bal gücündə zəlzələ baş verəcəyini ehtimal edirlər. Professorun sözlərinə görə, uzun illərdir Türkiyədə çox güclü zəlzələlərə səbəb olan aktiv tektonik fay xəttinin son qismi Mərmərə dənizindədir: “Əgər bu parça qırılarsa zəlzələ olacaq. Ancaq təbii fəlakətin tarixini heç kimsə verə bilməz. Dünyada mövcud olan texnologiyalar belə zəlzələnin qabaqcadan baş verəcəyini müəyyənləşdirə bilmir. Zəlzələ bu gün də, sabah da, bir il sonra da ola bilər. Biz gün ərzində bununla bağlı fəaliyyətimizi davam etdiririk. Dünyanın bütün ölkələri rəsədxanamızın gündəlik araşdırmalarından yararlanır. Ona görə də fərziyyələrə inanmaq lazım deyil. Bizim verdiyimiz məlumat həqiqətə uyğundur”.
Qeyd edək ki, bu günlərdə Türkiyə KİV-lərində İstanbulda 7-8 bal gücündə zəlzələ olacağı barədə məlumat rezonans doğurub.
Qonşu ölkədə güclü zəlzələ ilə bağlı proqnoz düz çıxarsa bunun Azərbaycan təsirləri ola bilərmi? Yüngül təkanlar güclü zəlzələnin proqnozudurmu? Azərbaycanda yaxın vaxtlar üçün zəlzələ gözlənilirmi?
İnsanları narahat edən bu sualları AMEA-nın nəzdindəki Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli cavablandırdı. O bildirki ki, maraqlısı odur ki, həmin professor zəlzələnin baş verməsi ilə bağlı hər hansı dəqiq tarix deməyib. Əgər tarix bəlli deyilsə, o zaman bu “qışda qar yağacaq” kimi bir proqnozdur və bunu hər kəs iddia edə bilər. İstanbulda zəlzələ ola bilər, ancaq nə vaxt? Əsas məsələ budur. Azərbaycana gəlincə, ölə ərazisində sakitlikdir, heç bir narahatlığa səbəb yoxdur. İmişlidəki 3,8 ballıq zəlzələni nəzərdə tutursunuzsa, bu cür xırda təkanlar hər zaman var. Bu təkanlar olmalıdır. Biz gündəlik olaraq müşahidələr aparırıq. Bizim bölgədə heç bir seysmoloji dəyişiklik yoxdur".
Ekspert onu da bildirdi ki, zəlzələ proqnozunu dəqiqliyi ilə müəyyən etmək dünyanın heç bir yerində mümkün deyil: “Proqnoz odur ki, dəqiq yerini və vaxtını bildirsinlər. Bu olmayandan sonra proqnoz sayılmır. İstənilən bölgədə nə vaxtsa, zəlzələ ola bilər. Elə bir ölkə yoxdur ki, orada zəlzələ olmasın. Zəlzələ proqnozu qısa müddət üçün verilməlidir ki, tədbirlər görülsün, əhali infrastruktura nəzarət etsin, qaz, su, elektrik xətləri bağlansın. Zəlzələ saniyələrlə olan məsələdir. Onun dəqiq proqnozunu vermək mümkün deyil. Dünyada belə bir texnologiya yoxdur ki, tam dəqiqliyi ilə zəlzələnin gününü, saatını desin”.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.