banner
banner

Sosİal

Bu gün Ramazan ayının sonuncu günüdür

Bu gün Ramazan ayının sonuncu günüdür

5 iyul - Fitr bayramıdır. Bu gecə bayram axşamı, sabah isə bayramdır. Fitrə zəkatı Ramazan ayının başa çatması münasibətilə ödənilən zəkatdır və həmin məbləğ bu gün günəş batana kimi ayrılmalıdır. Sabah isə fitrə zəkatını bayram namazı qılmazdan əvvəl öz ünvanına çatdırmaq müstəhəbdir.

ANS TV-nin məlumatına görə, əgər bu mümkün olmazsa, Zəkat bayram namazı qılındıqdan sonra ən qısa vaxt ərzində ödənməlidir. Fitrə zəkatının miqdarı ailədə hər nəfər üçün buğda, arpa, xurma, kişmiş, düyü, qarğıdalı və s. bu kimi ərzağın 3 kq-mı dəyərindədir.

Bu bayram mərhəmət və yardımlaşma günü kimi qeyd edilir.İnsanlar məscidlərə toplaşaraq mənəvi birliyə səsləyən camaat çəklində namaz qılır. Kasıb və kimsəsizlərə, ehtiyacı olanlara maddi yardım edilir.

"Fitrə zəkatı hər adam üçün təxminən 10 manat dəyərində olmalıdır".

Fitrə zəkatı oruc tutan və tutmayan, xəstə və ya sağlam, yaşından asılı olmayaraq hər bir ailə fərdinin adından verilməlidir. Qafqaz Müsəlmanları İdarəsinin yaydığı məlumata görə, bayram namazı sabah qılınacaq. Ramazan bayramında həmçinin rəhmətə getmiş valideylərin, böyüklərin qəbrinin ziyarət edilməsi, yaşlı, xəstə insanlara baş çəkmək bəyənilən əməllərdən sayılır. Həmçinin bayramda küsülülər barışmalıdır.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.