banner
banner

Sosİal

Tovuzda itkin düşən 2 uşaq anası Bakıda tapıldı

Tovuzda itkin düşən 2 uşaq anası Bakıda tapıldı

İyunun 14-də Tovuz rayonunun Öysüzlü kəndində müəmmalı şəkildə itkin düşən 27 yaşlı Aytəkin Quliyeva tapılıb.

Bu barədə A.Quliyevanın atası Məzahir Quliyev məlumat verib. Məzahir Quliyev bildirib ki, qızı bu gün Bakının Nəsimi rayonunda, metronun "Memar Əcəmi" stansiyasının yaxınlığında kameralarda görünüb.

Hüquq-mühafizə orqanları əməkdaşlarının axtarışları nəticəsində A.Quliyevanın qaldığı yer müəyyən edilib və tapılıb. A.Quliyeva hazırda Tovuz Rayon Polis Şöbəsində dindirilir.

Xatırladaq ki, Tovuz rayonunun Öysüzlü kənd sakini, iki uşaq anası 27 yaşlı A.Quliyeva iyunun 14-də evdən çıxıb və bir daha geri qayıtmamışdı. Qadının ailəsində münaqişə yaşadıqdan sonra evi tərk etdiyi bildirilirdi.(

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.