Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, ötən il Azərbaycanda 24 ana ölümü baş verib. 2010-cu ildə bu rəqəm 26, 2011-ci ildə 27, 2012-ci ildə 26, 2013 və 2014-cü ildə 25 olub.
cia.az-ın Trend-ə istinadən xəbərinə görə, bu barədə Səhiyyə Nazirliyindən bildirilib. Ana ölümlərinin əsas səbəbi ağır preeklampsiya olub. Geriyədönməz proses olan preeklampsiya olduqda bütün orqanlarda qansızmalar olur, həyati vacib orqanlarda dəyişiklik gedir.
Ağır preeklampsiyanın müalicəsi olmadığından onun qarşısını almaq üçün mütəmadi olaraq, həkim nəzarətində olmaq lazımdır. Əgər qadının hamiləliyi nəzarətdə saxlanılarsa, xəstəliyin diaqnozu erkən mərhələdə qoyularsa və müalicə vaxtında aparılarsa, hamiləlik pozulmur və ölüm baş vermir.
Nazirlikdən bildirilib ki, hamilə qadınlarda bır sıra patologiyalar ana ölümü riskini artırır. Bunun qarşısını almaq üçün hamilə qadınlar vaxtında qeydiyyata düşməli, mütəmadi həkimə müraciət etməlidirlər. Həmçinin belə halların baş verməməsi üçün qadınlar arasında geniş maarifləndirmə işləri aparılmalıdır.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.