banner
banner

Sosİal

Ucar sakini nazirdən kömək istəyir - ŞİKAYƏT

Ucar sakini nazirdən kömək istəyir

CİA.Az-ın elektron ünvanına şikayət məktubu daxil olub.
Məktubu Ucar rayonu Firdovsi küçəsi ev 21-də yaşayan Həsənova Züleyxa Əli qızı yazıb. Həmin məktubun mətnini sizə təqdim edirik:

"Həyat yoldaşım Həsənov Həsən Xəlil oğlu 20 Mart 2014-cü il tarixdə vəfat edib.
Onun adına olan hazırda yaşadığımız evimizi oğlum Hüseynin adına keçirmək üçün Ucar Rayon Notariusu Elman Cəlalov məndən 1000 manat rüşvət istəyir. Bu məbləğdə pulumun olmadığını bildirdikdə mənə dedi ki, bu mümkün deyil. Onda gərək ev birinci sənin adına keçirilsin, sonra da oğlunun adına keçirə bilərsən. Bua görə də Ucar Rayon Notarusu Elman Cəlalov bizi süründürməçiliyə məruz qoyub.

Bütün sənədlərimiz hamısı qaydasındadır və ailə üzvlərimiz hamısı buna razıdır ki, ev birbaşa oğlum Hüseynin adına keçsin. Mənə hüquqşünaslar bildirirlər ki, notarius yalan deyir birbaşa evi oğlunun adına keçirə bilərsiniz. Rüşvətə görə, notarus bizi süründürür. Mən Ucar rayon Notariusu Elman Cəlalovun bu qanunsuz əməli barədə Ədliyyə Nazirliyinə elektron müraciət vasitəsi ilə şikayət göndərmişəm. İnanıram ki, Ədliyyə Naziri cənab Fikrət Məmmədov şikayətimi obyektiv araşdırıb qanunu tədbir görəcək. Kasıb adamlarıq mənim hardadı artıq pulum ki, Elman Cəlalova rüşvət verim. İstədiyi rüşvəti vermədiyimə görə bizi süründürməçiliyə məruz qoyub. Mən mətbuat vasitəsi ilə Ədliyyə Naziri cənab Fikrət Məmmədova müraciət edirəm: Cənab Nazir Sizdən xahiş edirəm rüşvətxor notarius Elman Cəlalovun barəsində tədbir görəsiniz. Biz Sizə inanırıq xahiş edirik bizə kömək edin"



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.