Sabirabadda 2 gün əvvəl Kürdə batmış qadının cəsədi tapılıb
Sabirabadda 2 gün əvvəl Kürdə batmış qadının cəsədi tapılıb.
Sabirabadın Muradbəyli kəndində 2 gün əvvəl Kürda batmış qadının cəsədi bu səhər saatlarında tapılıb. Virtualaz.org saytının Şirvan bürosunun əldə etdiyi məlumata görə, 35 yaşlı kənd sakini Almaz İsgəndərovanın cəsədi batdığı yerdən 15 km aralıda çayın rayonun Əsgərbəyli kəndindən keçən hissəsində suyun üzünə çıxaraq aşkarlanıb. Cəsəd FHN-in Dövlət Sularda Xilasetmə Xidmətin dalğıc-xilasediciləri tərəfindən sudan çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.
Xatırladaq ki, iyul ayının 20-də Virtualaz.org saytının Şirvan bürosuna Muradbəyli kənd sakinlərinin verdikləri məlumata görə, 35 yaşlı kənd sakini Almaz İsgəndərova Kür çayının sahilində olan elektrik mühərriki vasitəsilə bağlarına su vurmaq istəyərkən ehtiyatsızlıq ucbatından onu elektrik cərəyanı vurduğundan, çaya yıxılaraq suda batmışdı və elə o vaxtdan da cəsədi axtarılırdı.
Faktla bağlı Sabirabad rayon prokurorluğunda araşdırmalara başlanılıb.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.