Sürpriz şəkildə Barselonada Ozan Çolakoğlu ilə evlənən Gülşən, hamiləliyi ilə bağlı yeni açıqlamalar verib. “hamilə qaldığı üçün evləndi” iddialarını cavablandıran Gülşən, bu fikirlərin həqiqəti əks etdirmədiyini bildirib. Hər şeyi planlaşdırılan vaxtda baş tutduğunu deyən müğənni, hamilə qaldığı üçün evlənmədiyini deyib. Maraqlı bir açıqlama isə doğulacaq körpəsinin cinsiyyəti ilə bağlı olub. Daha öncə qız gözlədiyini deyən Gülşən, yeni açıqlamasında körpənin cinsiyyətinin oğlan olduğunu söyləyib.
Qeyd edək ki, 40 yaşlı müğənni doğuş vaxtıına qədər konsertlərə davam edəcəyini açıqlamışdı.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.