2016/2017-ci tədris ili üçün 1 nömrəli Bakı Tibb Kollecinin "İdman və müalicə masajı" ixtisasına gözdən əlil abituriyentlərə plan yerləri ayrılıb.
Cia.az Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına istinadən bildirir ki, əlillərin cəmiyyətə inteqrasiyasının təmin edilməsi, onların məşğulluq səviyyəsinin artırılması məqsədilə 2014/2015-ci tədris ilindən başlayaraq 1 nömrəli Bakı Tibb Kollecinin "İdman və müalicə masajı" ixtisasına gözdən əlil olan gənclər üçün dövlət hesabına plan yerləri ayrılır. 2016/2017-ci tədris ili üçün də 1 nömrəli Bakı Tibb Kollecinin "İdman və müalicə masajı" ixtisasına gözdən əlil abituriyentlər üçün plan yerləri ayrılıb.
Həmin yerlər üzrə müsabiqədə iştirak etmək arzusunda olan 1-ci və 2-ci dərəcəli gözdən əlil abituriyentlər tələb olunan sənədləri avqustun 1-dən 15-dək TQDK-ya (ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi 1m ) və ya TQDK-nın Regional bölmələrinə təqdim etməlidirlər. Sənədlər Tibbi Sosial Ekspert Komissiyaları tərəfindən verilən əlilliyi təsdiq edən arayış, yaşadığı ərazi üzrə poliklinikadan "peşəyə yararlılıq haqqında" tibbi arayış (AZS №086), "Abituriyentin elektron ərizəsi"dir.
Qeyd edək ki, müsabiqə bu il iyulun 5-də keçirilmiş imtahanın nəticələrinə əsasən aparılacaq. Cari ilin məzunları isə müsabiqədə buraxılış imtahanının nəticələrinə əsasən iştirak edəcəklər.
Müsabiqədə ümumi balı 20-dən, Ana dili və riyaziyyat fənlərinin hər birindən minimal balı 8-dən az olmayan (xarici dil və ya kimya fənni üzrə minimal bal məhdudiyyəti tətbiq olunmur) abituriyentlər iştirak edə bilərlər.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.