Məşhur ulduzlar Cennifer Lourens, Rihanna, Keyt Aptondan sonra model İrina Şeykin də fotoları oğurlanıb.
Axşam.az-ın xarici mətbuata istinadən xəbərinə görə, futbolçu Kriştiano Ronaldonun sevgilisinin 2013-cü ildə bir fotosessiya zamanı özü üçün çəkdirdiyi şəkillər internetdə yayımlanıb. Bu fotoları İrina uzun müddətdir öz arxivində saxlayırmış. Modelin gizli şəkillərinin ondan xəbərsiz yayımlanmasına necə reaksiya verəcəyi maraqla gözlənilir.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.