Məşhur komediya ustası Şahan Gökbakar “Recep İvedik 5” filminin çəkilişlərinə başlayır.
36 yaşlı aktyor İnstaqramda elan yazaraq aktyorluq bacarığı olanları kastinqə çağırıb:
“Hər filmimizdə olduğu kimi, yenə istedadlı aktyorlara qapımızı açırıq. Filmdə rol almaq istəyən hər kəs şəxsi məlumatlarını, fotolarını və varsa videolarını [email protected] elektron ünvanına yollaya bilər. Bilmək olmaz, bəlkə mənimlə birlikdə oynadınız”, - deyə Ş.Gökbakar elanda qeyd edib.
Qeyd edək ki, “Recep İvedik 5” filmi 2017-ci ilin fevralında təqdim olunacaq.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.