Bu gün İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində bədbəxt hadisə baş verib.
38 yaşlı qəsəbə sakini Abdullayev Rauf Əlihüseyn oğlu qonşusu Mikayıl Hüseynovla birlikdə kəndin ev heyvanlarını otarmaq növbəsi onlarda olduğundan, sürüdəki qoyunları Araz çayında çimizdirmək qərarına gəliblər. Çayda su az olsa da, Rauf Abdullayev Arazdan qum çıxarmaq üçün qazılmış dərin hissəyə düşərək boğulub.
Hazırda hadisə yerinə gəlmiş FHN-nın Dövlət Sularda Xilasetmə Xidmətinin əməkdaşları tərəfindən mərhumun cəsədinin axtarışlarına başlanıb.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.