Azərbaycanda uşaqlara hökmdarların adları qoyulur - Siyahı
Ölkədə doğulan körpələrə Azərbaycan hökümdarlarının adları da verilir. Cia.az-ın "Report"a istinadən xəbərinə görə, Ədliyyə Nazirliyindən bildirilib ki, son beş ildə doğulan uşaqlardan 26-sı Xətai adlandırılıb. 25 körpəyə Fətəli, 81-nə Şəmsəddin, 28-nə İbrahimxəlil, 1-nə Mehdiqulu, 2-nə Qacar, 10-na Mehrəli, 10-na Şahverdi, 105-nə Ziyad, 22-nə Ziyadxan adı qoyulub Bundan başqa, son beş ildə doğulan körpələrə Cahan (273), Cavad (634), Cavadxan (24), Pənahəli (3), Cavanşir (214), Əmirxan (102), Sara (871), Tomris (37), Saraxatun (9) kimi adlar verilib.
Verilən adlar arasında Ziyadə, Ziyaddin, Ziyadəli, Ziyadi, Ziyadət, Cahandar, Cahanə, Cahanbanu, Cahana, Cahanxanım, Cavadağa, Cavadəli, Sarabəyim, Saraxanım, Saranur, Sarah kimi adlar da var.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.