Hazırda Azərbaycanda görmə orqanının patologiyası üzrə 24300 əlil qeydiyyatdadır. Görmə əngəlli əlillərin problemlərinə diqqət çəkmək üçün bu gün - avqustun 8-də Beynəlxalq Oftalmoloqlar Günü qeyd olunur.
Bu barədə virtualaz.org saytına Səhiyyə Nazirliyindən məlumat veriblər.
Xəbərdə deyilir ki, ölkədə akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi, Mərkəzin Masallı regional şöbəsi və Gəncə Filialı göz xəstəliklərinin müalicəsi ilə ilə məşğul olur.
Ay ərzində akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə 8 mindən artıq xəstə müraciət edir. Xəstəxananın Masallı regional şöbəsi ayda orta hesabla 460 xəstəyə, Gəncə filialı isə 1000 xəstə xidmət edir. Qeydiyyatda olan xəstələrin ümumi sayı 92 976 nəfərdir.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.