Pensilin və pensilin qrupundan olan antibiotiklər apteklərdə tapılmır.
Artıq bununla bağlı bir neçə şikayət daxil olub. Şikayətçilərin dediklərinə görə, şəhərin bir çox apteklərində pensilin dərmanı tapmaq mümkün deyil.
Əczaçıların da dediyinə görə, pensilin və pensilin qrupuna aid olan antibiotiklər Ukraynadan gətirilir və qiymətlər tənzimlənəndən sonra onları gətirmək sərf etmir.
Məsələ ilə bağlı Səhiyyə Nazirliyindən Lent.az-a bildirilib ki, dərmanların gətirilməsi işi Nazirliyin səlahiyyətinə aid deyil. Dərmanlar özəl şirkətlər tərəfindən gətirilir.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.