banner
banner

Sosİal

Nazirlik bir qrup əlili istirahətə yola saldı

Nazirlik bir qrup əlili istirahətə yola saldı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi(ƏƏSMN) daha bir qrup əlili istirahətə yola salıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən virtualaz.org-a verilən məlumata görə, 2016-cı il ərzində nazirlik ümumilikdə 760 nəfər əlili istirahətə göndərib.

Məlumatda qeyd olunub ki, nazirlik əlilliyi olan şəxslərin ölkənin səfalı guşələrində istirahətinin təşkili işlərini davam etdirir. ƏƏSMN 30 nəfər əlilliyi olan şəxsi Şəki rayonunda yerləşən istirahət və sağlamlıq mərkəzinə göndərib.

İstirahətə yola salınan əlilliyi olan şəxslər bütün sahələrdə dövlətin qayğısı ilə əhatə olunmalarından, maddi təminatlarının gücləndirilməsi, sağlamlıqlarının bərpası üçün görülən işlərdən razılıqla bəhs ediblər.

Əlilliyi olan şəxslərin yola salınması zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial xidmətlər və proqramlar şöbəsinin müdiri Vüqar Behbudov cari ildə nazirlik tərəfindən min nəfərdən çox əlilliyi olan şəxsin istirahətinin təşkil edilməsinin nəzərdə tutulduğunu diqqətə çatdırıb: “Onlardan 760 nəfəri artıq Lənkəran, Xaçmaz, Şəki rayonlarındakı istirahət və sağlamlıq mərkəzlərinə göndərilib. Həmin şəxslərin qeyd olunan rayonlardakı istirahət və sağlamlıq mərkəzlərinə aparılması və istirahət müddəti başa çatdıqdan sonra geri qaytarılması xüsusi nəqliyyat vasitəsi ilə yerinə yetirilir”.

V.Behbudov bu tədbirlərin nazirliyin “2016-cı il üçün əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı”na əsasən həyata keçirildiyini qeyd edib. O bildirib ki, proqramda əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların tibbi və sosial reabilitasiyasına, onların reabilitasiya potensiallarının reallaşdırılmasına, yaradıcılıq imkanlarının dəstəklənməsinə, sosial-məişət problemlərinin həllinə, sosial xidmətlərlə təminatına və s. yönələn tədbirlər əksini tapır və həmin istiqamətlərin hər biri üzrə konkret işlər görülür.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.